Məşhur tennisçi karyerasını bitirdi
Dünya tennisinin keçmiş 9 nömrəsi, 38 yaşlı italiyalı Fabio Foqnini peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə ATP-nin rəsmi saytında məlumat verilib.
Təklər karyerası ərzində Foqnini “2019-Monte Karlo Masters” daxil olmaqla doqquz ATP titulunu qazanıb.
Cütlüklərdə o, 2015-ci ildə Avstraliya Açıq çempionatında, ümumilikdə səkkiz turnirdə qalib gəlib və cütlüklərin reytinqində yeddinci yerə yüksəlib.
Çıxışları zamanı Fabio, demək olar ki, 19 milyon dollar pul mükafatı qazanıb.
Aut.az
