Tennis

Parisdə əfsanələrin dueli olacaq

Əfsanəvi ispan tennisçisi və “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal (ATP 161) Parisdə Olimpiya tennis turnirinə uğurlu start verib.

1/32 finalda ispaniyalı Marton Fuçsoviçi (Macarıstan, ATP 83) 2 saat 30 dəqiqə ərzində üç çətin setdə məğlub edib.

Olimpiadanın 2-ci turunda Nadal əfsanəvi Novak Cokoviçə qarşı oynayacaq. Bu, tennis titanları arasında 60-cı qarşılaşma olacaq.

Nadal 2008-ci il Pekin Oyunlarının çempionudur.

Aut.az