Dünya tennisinin sabiq 7 nömrəsi görün kiminlə evləndi – FOTO
Qadın tennisində dünyanın sabiq yeddi nömrəsi Medison Keys (ABŞ, WTA 21) amerikalı tennisçi Byorn Fratanqelo ilə ailə həyatı qurub.
Aut.az xəbər verir ki, cütlüyün toyuna məşhur tennisçilər Cessika Pequla, Sloan Stivens, Teylor Tausend, Dezire Kravçik, Cennifer Bredi də iştirak ediblər.
Medison və Byorn romantik münasibətlərə 2017-ci ildə başlayıblar və ötən ilin dekabrında nişanlandıqlarını elan ediblər.
Fratanqelo hələ rəsmən karyerasını bitirməyib, amma son matçını 2023-cü ilin avqustunda keçirib.
Aut.az




