Dünya futbolu

Dəqiqləşdi: “Əl-Nəsr”in yeni baş məşqçisi o olacaq

İtaliyalı Stefano Pioli Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun yeni baş məşqçisi olacaq.

Aut.az xəbər verir ki, bu barədə “Fətah Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda komandaya rəhbərlik edən Luis Kastro tezliklə klubu tərk edəcək.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının bu mövsümünə qələbə və heç-heçə ilə başlayıb və iki turdan sonra turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Yerli Superkubokun finalında Kastronun komandası “Əl-Hilal”a 1:4 hesabı ilə məğlub olub.

Mətbuat daha əvvəl “Əl-Hilal”dan məğlubiyyətin klub rəhbərliyinin baş məşqçini dəyişmək istəyində həlledici məqam olduğunu yazmışdı.

Aut.az