Ərəblər onu bu dəfə razı sala biləcəklər?
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Aut.az xəbər verir ki, Argentinalı məşqçi “Əl-Əhli”dən yaxşı şərtlərlə təklif alıb Ərəblər ona bir neçə ilə alacağı məvacibi mövsüm ərzində verməyə hazır olduqlarını bildiriblər.
Bu, Səudiyyə klubunun ikinci cəhdidir. “Əl-Əhli” rəhbərliyi mayda da Simeone ilə danışıqlar aparıb. Ancaq 53 yaşlı məşqçi “Atletiko””da qalmaq niyyətindədir.
