“Red Bull”da təlaş: Onu itirmək riski var
“Red Bull” komandasının rəhbərlərindən biri Helmut Marko hesab edir ki, “Bulls” 2025-ci il mövsümündən sonra Maks Ferstappeni itirmək riski altındadır.
Aut.az xəbər verir ki, funksioner çıxış younun yeni avtomobil olduğunu bildiribn.
“Biz Ferstappenə mövsüm boyu bütün növ yollarda kifayət qədər sürətli avtomobil verməliyik. Biz başa düşürük ki, bunsuz, rəqabətədavamlı avtomobil olmadan Maksın “Red Bull”da qalması mümkün olmayacaq”, – Marko bildirib.
Ferstappenin müqaviləsi 2028-ci ilə qədərdir, lakin sürücünün müqaviləni ləğv etmək imkanı var. Məlumdur ki, Maks üçün “Mercedes” və “Aston Martin” yarışır.
Aut.az
