Kateqoriyasız

“Bayer” “Roma” ilə anlaşdı

“Roma”nın müdafiəçisi Mario Hermoso karyerasını Almaniya çempionatında davam etdirəcək.

Aut.az xəbər verir ki, o, “Bayer Leverkuzen”ə keçəcək. Bu barədə insayder Floryan Plettenberq məlumat yayıb.

Mənbənin sözlərinə görə, klublar artıq razılığa gəliblər. İspan futbolçu mövsümün sonuna kimi “Bayer”də icarə əsasında çıxış edəcək. O da qeyd olunur ki, müqaviləyə gələn yay futbolçunun məcburi alınması variantı daxil olmayacaq.

Hermoso “Roma”ya 2024-cü ilin sentyabrında “Atletiko Madrid”lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi keçib.

Aut.az