“Real”dan bir milyonluq yardım
“Real” İspaniyada daşqından zərər çəkənlərə 1 milyon avro məbləğində ianə edib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Real” “Qırmızı Xaç”la birlikdə qurbanlar üçün ianə aksiyası başladığını da elan edib.
İrimiqyaslı daşqınlar nəticəsində ən azı 150 nəfər həlak olub. Bəzi əraziləri su basdığı üçün yollar bağlanıb, elektrik və rabitə xətləri kəsilib, körpülər dağılıb.
Bundan əvvəl İspaniya Kral Futbol Federasiyası noyabrın 2-də baş tutmalı olan “Valensiya” – “Real” oyunu da daxil olmaqla, La Liqa və Sequndanın 5 oyununun təxirə salındığını açıqlayıb.
Aut.az
