Kateqoriyasız

“Siti”nin maliyyə pozuntuları ilə bağlı qərar bu tarixdə veriləcək

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2009/2010-cu ildən 2017/2018-ci il mövsümünə qədər 115-dən çox maliyyə qaydasını pozmaqda günahlandıran klubu ilə Premyer Liqa arasındakı hüquqi mübarizədən danışıb.

Aut.az xəbər verir ki, Qvardiolanın sözlərini “City Xtra” sitat gətirib.

“Düşünürəm ki, hökm bir aya çıxacaq. Bundan sonra baş verənlərlə bağlı fikrimi öyrənə biləcəksiniz. Mənim sözlərim insanları inandırmayacaq. Mən bilirəm ki, insanlar “Mançester Siti” haqqında deyirlər ki, burada həmişə pul hər şeyi həll edir” – Pep bildirib.

İşə keçən ilin sentyabrından dekabr ayına kimi müstəqil komissiyada baxılıb. Bundan əvvəl mətbuatda yekun məhkəmə qərarının bu ilin yazında verilə biləcəyi barədə məlumatlar yayılmışdı.

Aut.az