Kateqoriyasız

Keyn Haalandın tarixi rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın 22-ci turunda “Bohum”la oyunda (2:3) qol vurub.

Aut.az xəbər verir ki, Almaniyada debüt mövsümünü keçirən ingilis futbolçu üçün bu qol çempionat sayca 25-ci olub. “Opta”nın məlumatına görə, o, bu göstəriciyə liqa tarixində hamıdan tez – 22 oyun çatıb.

Keyn ilk 25 matçda 25 qol vuran “Borussiya Dortmund”un keçmiş forvardı Erlinq Haalandın nailiyyətini geridə qoyub.