Deyir ki, dünyanın ən yaxşısı bizdə oynayır, o da gəlsə…
La Liqanın prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin İspaniya çempionatına mümkün transferini dəyərləndirib.
Aut.az xəbər verir ki, Tebas hazırda dünyanın ən yaxşı futbolçusunun da La Liqada oynadığını iddia edib.
“Bu liqada dünyanın ən yaxşı futbolçusu Bellinqem çıxış edir. Keçən il Levandovski çox yaxşı səviyyədə idi, “Atletiko”da Qrizmann var. Mbappe gəlsə, bu, bizə daha rəqabətədavamlı olmağımıza və daha da sürətlə böyüməmizə kömək edəcək”, – deyə “RMC Sport” Tebasdan sitat gətirib.
Aut.az
