İspaniya

“Barselona”ya fantatik transfer təklifi gəldi: 300 milyon avro

“Barselona”nın 17 yaşlı ispaniyalı vingeri Lamin Yamal ilə bir sıra Avropa klubları maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Elnacional” məlumat yayıb.

İspaniyalı gənc ulduza PSJ, “Liverpul”, “Çelsi” və “Mançester Siti” maraq göstərir. Amma kataloniyalılara ən önəmli təklifi Səudiyyə liqasının klublarından biri edib – 300 milyon avro.

“Barsa” və Yamal da dərk edir belə təkliflər klubun maliyyə vəziyyətini yaxşılaşdıra bilər. Lakin nə klub, nə də futbolçunun özü buna razı deyil.

Aut.az