“Barselona”nı tərk edəcək? – Fliklə görüşdə…
“Barselona”nın qapıçısı İnyaki Pena “bir nömrə” statusunu itirdiyi Kataloniya klubundakı gələcəyi haqqında qərar verib.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
Komandanın əsas qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə aldıqdan sonra “Barsa” əvvəlcə Penanın əvəzedicisi olan olan Voyçex Şesni ilə müqavilə imzalayıb. Lakin bu yaxınlarda komandanın baş məşqçisi Hansi Flik 34 yaşlı polşalını mövsümün sonuna kimi komandanın əsas qapıçısı etmək qərarına gəlib.
Flikin şəxsi söhbəti zamanı 25 yaşlı qapıçıya start heyətində yer ala bilməyəcəyini deyib. Mənbənin sözlərinə görə, söhbət o qədər pis gedib ki, Pena klubla gələcəyini nəzərdən keçirməli olub.
Bu mövsüm İnyaki 22 oyun keçirib, 25 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
Aut.az
