Əl-Şeyxin çılğın ideyası: Həbsxanada, Kolizeydə döyüş
Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri Turki Əl-Şeyx bildirib ki, o, bu idman növü üçün qeyri-standart yerlərdə boks görüşlərinin keçirilməsi variantlarını nəzərdən keçirir.
“Bir gün Alkatras həbsxanasında boks yarışı olsaydı, nə düşünərdiniz? Bu muzeydir. Təkcə rinqdə deyil, başqa yerlərdə də döyüşmək barədə dəfələrlə düşünmüşəm. Meksikadakı piramidalar, Eyfel qülləsi, İtaliyadakı Kolizey və ya dağların bir yerində. Van bunu bəyənirmi?
Bu bölgələrin rəhbərliyi mənim fikrimlə razılaşsa, ideal yer olacaq. Hətta Nyu-Yorkda böyük bir təyyarədaşıyan gəmi haqqında düşündüm. Deyəcəksiniz ki, bu qəribədir. Ancaq bunlar inanılmaz yerlərdir. Mən bu ideyanı mütləq bəyənirəm”, – Turki fikirlərini bölüşüb.
Daha əvvəl bildirilmişdi ki, əl-Şeyx birinci orta çəkidə ən güclü dörd boksçunun qarşılaşacağı turnir keçirə bilər.
Aut.az
