Boks

Həmin şey olacaq – Meyvezer o döyüş haqda

Boks üzrə beş divizionda keçmiş dünya çempionu, 49 yaşlı Floyd Meyvezer  səkkiz divizionda keçmiş dünya çempionu, 46 yaşlı filippinli Menni Pakyao ilə revanş döyüşünün elan edilməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, döyüş sentyabrın 19-da Las-Veqasda keçiriləcək.

ESPN Meyvezerin sözlərini sitat gətirib: “Mən əvvəllər bir dəfə Menni ilə döyüşmüşəm və onu məğlub etmişəm. Bu dəfə də eyni şey olacaq”.

Xatırladaq ki, Floyd və Menni arasında ilk döyüş 2 may 2015-ci ildə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində baş tutub. Döyüş bütün 12 raund davam edib və Meyvezerin yekdil qələbəsi ilə başa çatıb.

Aut.az