Onun yumruqlarından qorxur: Anası bu döyüşə baxmayacaq
Məşhur bloger və amerikalı boksçu Ceyk Pol əfsanəvi boksçu, həmyerlisi Mayk Taysonun zərbələrinin gücündən qorxduğu haqda danışıb.
“Bəli, doğrudan da qorxuram. Anam heç Maykın vuruşuna baxa bilmir. O, bizim döyüşümüzə baxmayacaq, çünki Mayklın yumruqlarından qorxur”, – Pol deyib.
Xatırladaq ki, Mayk Tayson və Ceyk Pol arasında səkkiz raundluq döyüş rəsmi statusa malik olacaq. Ümumilikdə, 27 yaşlı Paulun peşəkar boksda 10 qələbəsi (yeddisi nokautla) və bir məğlubiyyəti var. 58 yaşlı Taysonun 50 qələbəsi (44-ü nokautla) və altı məğlubiyyəti var.
Aut.az
