Dünya futbolu

Çeferin sıx təqvimdən danışdı: Matçların sayını azaltsaq…

UEFA rəhbəri Aleksander Çeferin futbolçuların tez-tez zədələnməsinə səbəb olan Avropa klublarının həddən artıq sıx adlandırdığı təqvimindən danışıb.

Aut.az xəbər verir ki, sloveniyalı funksioner bu sözləri deyib:

“Futbolçuların müasir qladiator olduğunu deyəndə, bir az şişirtmiş oluruq. Futbolçu nə qədər yaxşı olarsa, bir o qədər ulduzlu olarsa, hakimlər tərəfindən bir o qədər qorunur.

Düzdür, futbolçular çox oynayırlar və matç təqvimi daha da gərginləşə bilməz. Amma mən razı deyiləm ki, ən yüksək səviyyədə olanlar əziyyət çəkir. Mənim ölkəm Sloveniyadan olan futbolçular, məsələn, “Real” oyunçuları kimi tez-tez oynayırlar. Bundan başqa, onlar 500 dəfə az maaş alırlar.

Matçların sayını azaltsaq, futbolçuların maaşları da azalacaq, çünki klubların gəlirləri azalacaq. Bu pis bir variantdır. Güzəşt yeni turnirlər təqdim etmək deyil”.

Aut.az