Dünya futbolu

Mbappe Səudiyyə Ərəbistanına transfer olunacaq?

Səudiyyə Ərəbistanı Liqasının Texniki Direktoru Mikail Emenalo PSJ-nin hücumçusu Kilian Mbappenin çempionatlarına keçmə ehtimalından danışıb.

Aut.az xəbər verir ki, funksioner “Marca”ya açıqlamasında bu sözləri deyib:

“Mbappe məsələsi açıqdır. Amma onun nə etmək istədiyini bilmirik. Bizim mövqeyimiz çox aydındır. Bu səviyyədə olan bütün oyunçular harada olduğumuzu bilir. Mbappenin indi və ya gələcəkdə qurduğumuz işin bir hissəsi olmaq üçün hər hansı bir imkanı və ya marağı varsa, biz belə bir fürsətdən imtina edə bilmərik. O, mənim sevdiyim oyunçudur”.