Dünya futbolu

Prezident Neymarın transferindən danışdı: Klubumuz xəstəxana deyil

“Palmeyras”ın prezidenti Leyla Pereyra “Santos”un xidmətində maraqlı olduğu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar haqqda danışıb.

Aut.az xəbər verir ki, o, braziliyalı vingerini transfer etmək ehtimallarını sərt formada istisna edib:

“Neymar əla futbolçudur, amma o, “Santos”a gedəcək. Bilmirəm, onlardan soruşsanız yaxşı olar. O, bura gəlməyəcək. Baş məşqçi qərar verərsə, sabah gəlib meydana çıxa biləcək futbolçulara investisiya qoymaq istəyirəm. “Palmeyras” xəstəxana deyil. Klubun oynamağa hazır olmayan oyunçuları almasını qəbul etmirəm”.

32 yaşlı braziliyalının “Əl-Hilal” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Lakin şayiələrə görə, klub oyunçunun həddindən artıq zədəli olmasından narazı olduğu üçün futbolçu yanvarda komandanı tərk edə bilər.

Qeyd eədk ki, noyabrın 4-də Neymar Asiya Çempionlar Liqası çərçivəsində keçirilən “Esteqlal”la matçda (3:0) ombasını zədələyib. O, çarpaz diz bağı zədəsindən sağaldıqdan sonra cəmi iki matçda iştirak edib.

Aut.az