Dünya futbolu

Liqa 1-də ən çox maaş alan futbolçular açıqlandı: PSJ hegomonluq edir

Fransanın “L’Equipe” nəşri cari mövsümdə Liqa 1-in ən yüksək maaş alan futbolçuların siyahısını açıqlayıb.

Aut.az xəbər verir ki, ilk onluqda yalnız PSJ futbolçularının yer alması paytaxt klubu ilə digər komandalar arasındakı maliyyə fərqini bir daha göstərib.

Reytinqə böyük fərqlə Paris klubunun hücumçusu Usman Dembele başçılıq edir. O, ayda 1,5 milyon avro qazanır. İkinci yerdə PSJ-nin kapitanı Markinyos qərarlaşıb – 1,12 milyon avro. Üçüncü pilləni Əşrəf Hakimi və Lukas Ernandes bölüşür. ər ikisi ayda 1,1 milyon avro qazanır. Klubun 19 yaşlı yetirməsi Uorren Zair-Emeri isə 950 min avro maaşla beşinci sıradadır.

İlk onluğu Vitinya, Xviça Kvaratsxeliya və Joao Neveş (hər biri 900 min avro), həmçinin Nuno Mendeş, Vilyan Paço və Fabian Ruis (hər biri 800 min avro) tamamlayır.

PSJ-dən kənar Liqa 1-in ən çox qazanan futbolçusu isə “Marsel”in yarımmüdafiəçisi Pyer-Emil Höybyerqdir. O, ayda 500 min avro maaş alır.

Aut.az