Azərbaycan futbolu

AFFA klublara futbolçuları izləmələri üçün kameralar verəcək

AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək.

Aut.az xəbər verir ki, bunu AFFA-nın baş katibinin müşaviri Elçin Məmmədov “Eyeball” şirkəti ilə müqavilə imzalanma mərasimindən sonra deyib.

İzləmələr üçün kameralar alınacaq və klublara veriləcək. Belədə, bu, klublara imkan verəcək ki, öz oyunçularını izləyə bilsinlər. Bu kameralar əsasən U-15, U-16 və Yüksək Qızlar Liqasında istifadə olunacaq.