Dünya futbolu

“Neftçi”nin sabiq baş məşqçisindən ruslara: Millini dağıdın

“Neftçi” və “Zenit”in keçmiş baş məşqçisi Vlastimil Petrjela Rusiya milli komandasının beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılması səbəbindən onun ləğv edilməsini təklif edib.

Aut.az xəbər verir ki, Petrjala bu barədə Petrjela Sport24 müxbiri Boris Korolevlə söhbətində deyib:

“Rusiya milli komandası beynəlxalq arenada oynaya bilməz. Bu komandanın mövcudluğu heç bir anlam kəsb etmir.

İndi bu barədə danışmağın mənası yoxdur, çünki heç yerdə oynaya bilmir. Rusiya milli komandasının mövcudluğunda heç bir məna görmürəm. Onu dağıtmaq düzgün olardı. Kuboklarda oynaya bilməyən bir komandanın olmasının nə mənası var?”

2022-ci ilin fevral ayının sonunda, Ukraynaya işğalçı hücumdan sonra UEFA və FIFA Rusiya klublarını və bütün yaş qruplarından olan milli komandaları öz himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Aut.az