Dramatik oyunun sirrini açıqladı: Yəqin onlar şoka düşüblər
“Tottenhem”in baş məşqçisi Anqe Postekoqlu İngiltərə Liqa Kubokunun 1/4 finalında “Mançester Yunayted” üzərində qazanılan qələbəni (4:3) şərh edib.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Futbolu sevirəm, komandaların meydana çıxıb şou göstərməsinə baxmağı sevirəm. Əlbəttə, biz uğur qazanmaq istəyirik, amma bugünkü kimi işləri çətinləşdirsək, uğur qazanmayacağıq.
Oyunu bəyəndim. Əylənmədiniz? Bilirəm ki, “Sky Sports”un ekspertləri yəqin taktikanı, nəticəni qorumağı unutduğum üçün şoka düşüb. Meydana 1:0 hesablı qələbələr qazanmaq üçün çıxmırıq. Biz insanları əyləndirməyə çalışırıq. Bunda səhv bir şey görmürəm”.
Qeyd edək ki, “Tottenhem” Liqa Kubokunun yarımfinalında “Liverpul”la qarşılaşacaq.
Aut.az
