KateqoriyasızKonfrans Liqası

“Dinamo” qalib gəldi, Mahir isə…

Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Avropa Konfrans Liqasında növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, C qrupunda yer alan Xorvatiya çempionu “Astana”nın qonağı olub. Görüş qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emrelinin adı oyunun iştirak ərizəsində olsa da, oyuna daxil olmayıb.

Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran “Dinamo” ikinci sıraya yüksəlib.