Kadi Rusiyadan ayrılır? – Agenti deyir ki…
“Qarabağ”ın sabiq futbolçusu, hazırda “Krasnodar”da çıxış edən Kadi Borgesin qışda Rusiya klubunu tərk edəcəyi ilə bağlı məlumat yayılıb.
Aut.az xəbər verir ki, hücumameylli yarımmüdafiəçisi təmsilçisi Helsio Roberto Alisk bu xəbərə münasibət bildirib.
“Kadi hər matçda var qüvvəsi ilə oynayır. O, Rusiyanı bəyənir və biz qışda yeni klub axtarmağı planlaşdırmırıq”, – Aliskanın sözlərini Metaratings.ru sitat gətirib.
Braziliyalı bu ilin yanvarında 2 milyon avroya “Qarabağ”dan “Krasnodar”a keçib. Bu mövsüm 27 yaşlı futbolçu 21 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
