Dünya futbolu

“Real”ı biabır etdi: Tramp kimi davranırsınız

“Roma”nın müdafiəçisi Mats Hummels “Real Madrid”in 2024-cü ildə “Qızıl top” mükafatını boykot etməsi haqda danışıb.

Xatırladaq ki, Madrid klubu Vinisiusun yox, Rodrinin qələbə qazandığı ilə bağlı mətbuatda yer alan məlumatlardan sonra mükafatlandırma mərasimindəki nümayəndə heyətini ləğv edib. Səsvermənin nəticələrinə görə, Rodri birinci, Vinisius isə ikinci olub.

“Səsverməni qazanmadığınız zaman “hörmətsizlik” kimi sözlərdən istifadə etməyin. Bu, sadəcə başqalarına qarşı hörmətsizlikdir, Donald Trampın davranışı kimi bir şeydir.

“Real”dan birinin bu mükafata layiq olduğuna şübhə yoxdur. Amma başqa böyük oyunçular da var ki, onlar da yaxşıdır və onlara hörmət etməmək ayıbdır. Beynəlxalq futbolda daha çox dezavantajlı olan komandalar var idi, icazə verin belə deyim”, – Hummels “Der Spiegel” nəşrinə istinadən xəbər verir.

Aut.az