Kateqoriyasız

O, indiyə qədər futbol oynamış ən yaxşı oyunçudur: Maskerano kimi deyir?

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Klublararası Dünya Çempionatında “Portu” üzərində qələbədə Lionel Messinin rolundan danışıb.

Aut.az xəbər verir ki, onun sözlərini ESPN sitat gətirib.

“Messi bizi ən yaxşı komandalarla mübarizədə irəli aparan oyunçudur. Onun yarışmaq, qələbə qazanmaq istəyi heyrətamizdir.

“Porto” ilə matçda zədə ilə oynadı, ağrıyırdı. Ancaq yenə də oynadı – bu dəlilik idi!

Başqa nə əlavə edə bilərəm? O, indiyə qədər futbol oynamış ən yaxşı oyunçudur. Onun qələbə əzmi həmişə heyrətamiz olub. Lionelin meydanda olması bizə əlavə üstünlük verir”, – Maskerano bildirib.

İki turdan sonra “İnter Mayami” dörd xal toplayaraq A qrupunda ikinci yerdədir.

Aut.az