Prezident rəsmən açıqladı: Qalır, yoxsa gedir?
“İnter”in prezidenti Cüzeppe Marotta hücumçu Lautaro Martinezin klubdakı gələcəyi barədə danışıb.
Aut.az xəbər verir ki, italyan funksioner argentinalı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzaladıqlarını açıqlayıb.
“Lautaro Martinez klubla yeni müqavilə imzaladı, hər şey həll olundu. Bu, yaxın həftələrdə rəsmən açıqlanacaq”, – deyə Marotta “Sky Sports”a bildrib.
Qeyd edək ki, 26 yaşlı Martinez 2018-ci ildən “İnter”də çıxış edir. 2023/24 mövsümündə argentinalı forvard 44 matçda iştirak edib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi idi.
Aut.az
