Kateqoriyasız

Etiraf etdi: Eyni vaxtda 2 nəhəng klubla danışıqlar aparırmış

“Tottenhem”in baş məşqçisi Tomas Frank 2024-cü ilin may ayında “Mançester Yunayted” və “Çelsi” ilə eyni gün danışıqlar apardığını etiraf edib.

Aut.az xəbər verir ki, Həmin vaxt Frank “Brentford”un baş məşqçisi idi, lakin “Yunayted” Erik ten Haqa əvəz axtardığı, “Çelsi” isə Maurisio Poçettinoya varis tapmaq istədiyi üçün danimarkalı mütəxəssis böyük maraq görüb.

“2 saat fərqlə dünyanın ən böyük on klubundan ikisinin nümayəndələri ilə danışıq aparmaq xüsusi bir hiss idi. Hər iki vəzifəni də almadım, amma bu, yenə də böyük bir hadisə idi.

Battersea parkında gəzərkən düşünürdüm: “Tomas Frank, Frederiksvarkdan çıxmış birisi, mən doğrudanmı bunu yaşayıram?”, — deyə Frank “TV 2 Sport”a müsahibəsində bildirib.

Nəticədə “Çelsi” Enzo Mareskanı baş məşqçi təyin edib, “Yunayted” isə ten Haqla davam edib. Daha sonra həmin ilin sonunda onu Ruben Amorim əvəzləyib.

Frank 2025-ci ilin iyununda “Tottenhem”in baş məşqçisi təyin olunub.

Aut.az