Kateqoriyasız

Həm çempion oldu, həm də Olimpiya rekordunu yenilədi

İsveç idmançısı Armand Duplantis Parisdə keçirilən Yay Olimpiya Oyunlarında dayaqla tullanmada qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, Duplantis qələbəsindən sonra 6.10 m məsafəyə uğurlu cəhd edərək yeni olimpiya rekordunu müəyyənləşdirib. O, 2016-cı ildə Rioda keçirilən Oyunlarda braziliyalı Tiaqo Brasanın (6,03 m) nailiyyətini üstələyib.

Paris 2024-ün gümüş mükafatçısı amerikalı Sem Kendriks (5.95 m) olub. “İlk üçlüy”ü isə yunan Emmanuil Karalis (5.90 m) tamamlayıb.

Qeyd edək ki, Duplantis üçün bu, Tokio 2020-dən (6,02 m) sonra ikinci Olimpiya qızılıdır. O, 2024-cü ildə Diamond Leaguedə müəyyən edilmiş dünya rekorduna da (6,24 m) sahibdir.

Aut.az