Dünya futbolu

“Əl-İttihad” bu yığmanın əsas qapıçısını aldı

Serbiya millisinin əsas qapıçısı Predraq Raykoviç “Malyorka”dan “Əl-İttihad”a keçib.

Aut.az xəbər verir ki, futbolçunun transferini Səudiyyə klubunun mətbuat xidməti açıqlayıb.

“Transfermarkt” portalının məlumatına görə, 28 yaşlı qolkiperin “Əl-İttihad”la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub və transfer dəyəri 11 milyon avro olub.

Almaniyada keçirilən Avropa çempionatında Raykoviç Serbiyanın qrup mərhələsində keçirdiyi hər üç oyunda iştirak edib, iki qol buraxıb. 2023/24 mövsümündə serbiyalı qolkiper İspaniya çempionatında 36 oyun keçirib və 9 görüşdə qapısını toxunulmaz saxlayaraq 43 qol buraxıb.

Xatırladaq ki, “Əl-İttihad”da Kərim Benzema, N’Qolo Kante və Fabinyo kimi futbolçular çıxış edir.

Aut.az