Onu idman müəllimi hesab edirlər
PSJ-nin bəzi futbolçuları Kristof Qaltyedən narazıdır.
Aut.az xəbər verir ki, bu haqda jurnalist Romen Molinanın YouTube kanalında məlumat verilib. İddia edilir ki, bəzi futbolçular Qaltyeni idman müəllimi adlandırırlar.
Daha əvvəl məlumat yayıldı ki, PSJ rəhbərliyi Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırdıqlarına baxmayaraq, Qaltyeni qovmayacaq.
Məşqçi, yalnız komanda Liqa 1-i qazanmasa işini itirə bilər.
Aut.az
