Dünya futbolu

Rahil Məmmədov oynadı?

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu “Radomyak” Polşa Ekstraklasasında mövsümün ilk oyununa çıxıb.

Aut.az xəbər verir ki, Radom təmsilçisi səfərdə “Katovise” ilə qarşılaşıb.

Oyun “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunda meydana çıxmaqla yeni klubunda debüt edib. O, 90+2-ci dəqiqədə oyuna daxil olub.

Məmmədov bir neçə gün əvvəl “Radomyak”la 2 illik müqavilə imzalayıb.