Dünya futbolu

Fredin “Arzuların komandası”nda kimlər var? – FOTO

Son iki ildə braziliyalı yarımmüdafiəçi Fred Türkiyənin “Fənərbaxça” klubunda çıxış edir. Onun karyerasına “İnternasional”, “Şaxtyor Donetsk” və “Mançester Yunayted” kimi bir neçə klub da daxildir. Amma əsas şöhrəti Braziliya millisində tapıb.

Aut.az xəbər verir ki, Freddən birlikdə oynadığı futbolçulardan ibarət “arzuların komandası”nı yaratmağı xahiş etdikdə, braziliyalı çox düşünməyib.

Onun yeganə problemi əvvəlcə Kazemiro və Bruno Fernandesi yerləşdirdiyi sahənin mərkəzi olub. Fred öz adını çəkmək istəməyib, amma sonda portuqaliyalını daha irəli mövqeyə çəkərək, milli komanda yoldaşının yanında özü durub.

Fredin ən gözlənilməz seçimi Dieqo Forlan olub. Onlar “Mançester Yunayted”də görüşməyiblər, lakin “İnternasional”da birgə oynayıblar.

Fredin son seçimi belə olub:

David De Xea, Dani Alves, Tiaqo Silva, Rafael Varan, Marselo,  Fred, Kazemiro, Bruno Fernandes, Neymar, Kriştiano Ronaldo, Dieqo Forlan.

Aut.az

Fredin “Arzuların komandası”nda kimlər var? – FOTO