İspaniya

Futbolçu daşqının qurbanı oldu

“Valensiya”nın futbol akademiyasının tələbəsi Xose Kastilyexo faciəvi şəkildə ölüb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun İspaniyada son 2 gündür davam edən şiddətli daşqınlar nəticəsində dünyasını dəyişdiyi bildirilir.

Futbolçunun 28 yaşı var idi. Onun son klubu 2020-ci ildə tərk etdiyi “Vilamarxant” olub.

Qeyd edək ki, “Dana” qasırğası 150-dən çox nəfərin həyatına son qoyub.

Aut.az