İspaniya

Plan bəllidir: “Real” onu rekord məbləğə satacaq

“Real” cinah oyunçusu Vinisius Junioru Səudiyyə Ərəbistanı klublarından birinə satmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, braziliyalı hücumçuya Səudiyyə Ərəbistanı komandalarından birinə keçmək təklif olunacaq. Potensial transfer 2025-ci ilin yayında baş tuta bilər. Keçidin dəyəri 240 milyon avrodan çox olacaq.

Bu transfer futbol tarixində rekord olacaq. Bu gün üçün bu göstəricidə lider 222 milyon avroya “Barselona”dan PSJ-yə transfer edilən Neymardır.

Aut.az