Dünyanın ən yaxşısı Messidir – “Real”ın futbolçusu
“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono Lionel Messini planetin ən yaxşı futbolçusu hesab edir .
Aut.az xəbər verir ki, Franko bu barədə “Cadena SER”ə verdiyi müsahibədə deyib:
“Mən “Real” azarkeşiyəm və dünyanın ən böyük klubunda oynayıram, amma mənim üçün dünyanın ən yaxşı futbolçusu Lionel Messi olaraq qalır və o, karyerasını bitirənə qədər belə qalacaq.
Mən onunla milli komandada oynayıram, o inanılmazdır. Hər dəfə topa toxunduqda sən susarsan. Və komanda yoldaşlarını hələ də təəccübləndirməsi heyrətamizdir.
Və onun mənə qarşı rəftarını yüksək qiymətləndirirəm”.
Aut.az
