Dünya futbolu

Onun yığmanın “vhatsapp” qrupuna daxil etməyiblər

Emiliano Martines DÇ-2026-nın seçmə mərhələsindən əvvəl baş verən hadisə haqda danışıb.

Aut.az xəbər verir ki, məlum olub ki, onu milli komandanın “Vhatsapp” qrupuna daxil etməyiblər.

“Telefon nömrəmi dəyişdim, amma hələ də məni əlavə etməyiblər. Administrator Paredesdir. Amma o, hazırda “Boka”da çox məşğuldur. O, artıq modeldir, bu dəlilikdir”, – deyə Martines zarafatla bildirib.

Dram yoxdur, sadəcə tipik komanda yumoru. Hətta dünya çempionları belə bəzən taktika ilə deyil, mesajlaşma tətbiqləri ilə bağlı problemlər yaşayırlar.

Aut.az