İspaniya

Alonso onu “Arsenal”dan qoparmaq istəyir

“Real” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi uğrunda “Arsenal” ilə mübarizəyə qoşulmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbənin sözlərinə görə, 26 yaşlı dayaq yarımmüdafiəçisinin transferində israr edən şəxs “Real”ın yeni baş məşqçisi Xabi Alonso olub. O hesab edir ki, Subimendi Luka Modriçin potensial əvəzləyicisi ola bilər.

Bundan əvvəl Martinin “Arsenal”a keçidi ilə bağlı razılığın əldə olunduğu bildirilir.

Subimendi “Real Sosyedad” akademiyasının yetirməsidir. O, 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.