Azərbaycan futbolu

“Şamaxı”da yeni müqavilə

Alfons Msanqa daha bir il “Şamaxı”da çıxış edəcək.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya görə, 22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Msanqa bu ilin əvvəldə Azərbaycan klubuna gəlib. O, “Şamaxı” ilə 6 ay+1 il şərtilə razılaşmışdı.