Kadi bir ayda ikinci dəfə çempion oldu
“Qarabağ”ın futbolçusu Kadi Borges bir ayda ikinci dəfə çempion olub.
Aut.az xəbər verir ki, bu, “Ferentsvaroş” Macarıstan çempionu olmasından sonra məlum olub. “Ağ-yaşıllar” 33-cü turda səfərdə “Dyer” üzərində 2:1 hesablı qələbə qazanaraq vaxtından əvvəl qızıl medalları təmin edib.

Hazırda Ağdam klubunun formasını geyinən Kadi mövsümün ilk yarısını “Ferentsvaroş”da keçirib. O, qış transfer pəncərəsində “köhlən atlar”a keçib. Braziliyalı futbolçu aprelin 27-də “Qarabağ”la da Azərbaycan çempion olmağı bacarıb.
Kadi bu mövsüm həm Azərbaycan, həm də Macarıstan çempionu olan tək futbolçu deyil. Julio Romao da analoji uğura imza atıb. Lakin həmyerlisindən fərqli olaraq, o, mövsümün ilk yarısını “Qarabağ”da, ikinci hissəsini isə “Ferentsvaroş”da keçirib.
Aut.az

