Sensasion iddia: Ferstappen bu tarixdə karyerasını bitirəcək
Uzun müddət “Red Bull”da Maks Ferstappenin mexaniki işləmiş Kalum Nikolas 27 yaşlı niderlandlının gələcəyi ilə bağlı cəsarətli proqnozlar verib.
Aut.az xəbər verir ki, bu barədə Planet F1 məlumat yayıb.
Nikolasın sözlərinə görə, Ferstappen çox yaxında karyerasını bitirəcək. O, hesab edir ki, bu il Maks beşqat dünya çempionu olacaq və bundan sonra Formula1-i tərk edəcək.
“O, beş titul qazanacaq. Düşünürəm ki, Maks bu il sürücülər çempionatını qazanacaq və sonra karyerasını bitirəcək”, – Nikolas deyib.
Aut.az
