Dünya futbolu

Arda Turan “Renn”in türk hücumçusunun istəyir – FOTO

Donetsk “Şaxtyor”unun yeni baş məşqçisi Arda Turan “Renn”in hücumçusu Bertuqa Yıldırımın transferində maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb.

22 yaşlı türkiyəli futbolçu ilə bağlı danışıqların gələn həftə davam edəcəyi qeyd edilir.

Forvard ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib. O, 27 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Türkiyə millisində də 5 oyun keçirib və 2 qol vurub.

Xatırladaq ki, Donetsk “Şaxtyor”u mayın sonunda Marino Pusiçi istefaya göndərib və Arda Turanı təyin edib. Onunla iki illik müqavilə imzalayıb.

Bundan əvvəl Turanın Türkiyə Superliqasından 4 futbolçunu Ukrayna klubuna transfer etmək istədiyi barədə məlumat yayılmışdı.

Arda Turan “Renn”in türk hücumçusunun istəyir – FOTO

Aut.az