Formula 1

Honda”nın 70 ildə ilk zərəri – Formula 1-ə təsir edəcək?

Yaponiyanın güc aqreqatı istehsalçısı “Honda” rekord maliyyə itkilərinin Formula 1 proqramına təsir göstərməyəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, avtomobil istehsalçısı 2026-cı ilin mart ayında maliyyə nəticələrini açıqlayıb.

Elektrikli nəqliyyat vasitələrinə qlobal tələbatın kəskin azalması fonunda şirkət 2,6 milyard dollar maliyyə itkisi qeydə alıb.

Bu, “Honda”nın 70 ildən çox müddətdə açıq şirkət kimi ilk illik itkisidir.

Bu fonda şirkət inkişaf strategiyasında böyük bir dəyişiklik elan edib. “Honda”, tələbatın yüksək olduğu hibrid nəqliyyat vasitələrinə resursları yenidən bölüşdürəcək və 2040-cı ilə qədər daxili yanma mühərriklərini tamamilə aradan qaldırmaq kimi əvvəlki məqsədindən imtina edəcək.

Maliyyə nəticələrinə baxmayaraq, “Honda” “Racing Corporation” yarış proqramında heç bir dəyişiklik gözlənilmədiyini vurğulayıb:

“HRC 14 mayda verilən maliyyə açıqlaması ilə əlaqədar olaraq motor idmanı fəaliyyətində hər hansı bir xüsusi dəyişiklik gözləmir”.

Aut.az