Macarıstanda o qalib oldu
“McLaren” pilotu Lando Norris 2025 Formula-1 mövsümünün 14-cü mərhələsi olan Macarıstan Qran-prisinin qalibi olub.
Aut.az xəbər verir ki, 70 dövrədən ibarət yarış Mođorod trasında keçirilib.
İkinci yeri Norrisin komanda yoldaşı Oskar Piastri tutub. İlk üçlüyü isə “Mercedes” sürücüsü Corc Rassell tamamlayıb.
Dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappen isə yalnız doqquzuncu yerdə finişə çatıb.
Aut.az
