Formula 1

O, yenə də birincidir: Rekordlara doymur

Maks Ferstappen “Formula 1”-dünya çempionatının altıncı turu olan Mayami Qran Prisinin əsas yarışına vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, “Red Bull” sürücüsü bu mövsüm bütün altı poul-pozisiyanın qalibi olub. Ötən mövsümü nəzərə alsaq, niderlandlı pilot ardıcıl yeddi kvalifikasiyanı qazanıb.

Bu, Formula 1 tarixində ikinci seriyanın təkrarıdır. Bundan əvvəl Ayrton Senna, Alen Prost, Mixael Şumaxer və Lyuis Həmilton ardıcıl eyni sayda poul mövqelərinə sahib olublar.

Ümumi rekord Sennaya məxsusdur – 1988-1989-cu illərdə ardıcıl səkkiz poul qazanıb.

Bundan əlavə, Verstappen daha bir nailiyyəti təkrarlamağa yaxındır: Son çempion mövsümə ardıcıl altı seçmə qələbə ilə başlayıb. 1993-cü ildə Prost mövsümün əvvəlində ardıcıl yeddi poul qazanıb.

Qeyd edək ki, Mayami Qran Prisinin əsas yarışı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.