Alonso üçün: “Aston Martin” yeni avtomobili təqdim etdi – FOTO
“Aston Martin” Formula 1 komandası 2024-cü il üçün yeni avtomobilini təqdim edib.
Keçən mövsümün əvvəlində komanda “Red Bull”un əsas rəqibi idi, baxmayaraq ki, sonralar çempionatda uğurlu tempi saxlaya bilmədi.
Sürücülər Fernando Alonso və Lans Stroll 2023-cü il mövsümündə Konstruktorlar Çempionatında “Aston Martin”ə səkkiz podium və beşinci yeri qazandırıblar.




