Ruslar “Trabzonspor”a “yox” dedilər – Yayda…
CSKA “Trabzonspor”un mərkəz yarımmüdafiəçisi Viktor Mendeşi transfer etmək təklifini rədd edib.
Aut.az xəbər verir ki, daha əvvəl mətbuatda türk klubunun çililiyə 4 milyon avro üstəgəl 2 milyon bonus, eləcə də sonrakı satışın faizini təklif etdiyi barədə məlumatlar yayılmışdı. Bu təklif moskvalıları qane tməyib.
Mənbənin məlumatına görə, “Trabzonspor” müqavilə şərtlərini yaxşılaşdırmaq və yay transfer pəncərəsində futbolçunu almaq üçün yeni cəhd etmək niyyətindədir.
Mendes 2022-ci ilin yayında 2,5 milyon avroya “Espanyol”dan ÇSKA-ya keçib. O, bu mövsüm ordu komandasında 21 oyun keçirib, 1 qol vurub.
24 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Transfermarkt yarımmüdafiəçinin dəyərini 5 milyon avro qiymətləndirir.
Aut.az
