“Qalatasaray” onu “Bazel”ə göndərdi – FOTO
Türkiyənin “Qalatasaray” klubu 20 yaşlı cinah oyunçusu Yusuf Dəmiri İsveçrənin “Bazel” klubuna icarəyə göndərib.
Aut.az xəbər verir ki, futbolçu gələn mövsümü “Bazel”də keçirəcək, lakin isveçrəlilərin onun müqaviləsini almaq imkanı olmayacaq.
“Qalatasaray” Dəmiri ötən ilin sentyabrında “Rapid”dən 6 milyon avroya alıb. Lakin 2022/23 mövsümündə cinah yarımmüdafiəçisi İstanbul təmsilçisinin heyətində cəmi 6 oyun keçirib.
2021-ci ilin yayında Dəmir “Barselona” tərəfindən “Rapid”dən icarəyə götürülüb. Yusuf Kataloniya komandasının heyətində 9 oyun keçirib və 6 ay sonra Avstriyaya qayıdıb.

Aut.az
