Formula 1

Təəssüf ki, məndə ağ rəngdədir – Hemilton “Ferrari”də nədən məmnun deyil?

Yeddiqat Formula 1 çempionu Lнuis Hamilton “Ferrari”nin pilot kabinəsinə qırmızı rəngi qaytarmaq istədiyini bildirib.

Aut.az xəbər verir ki, Hemilton “Yahoo Sports”a bildirib.

“Mixael Şumaxerin “Ferrari” üçün ilk dəfə qalib gəlməsindən 30 il keçib. Həmin gün yəqin ki, evdə divanda oturub həmin yarışı izləyirdim. Bir çoxunuz kimi, bazar günü dizimin üstündə boşqabla sendviç və ya toyuqlu əriştə şorbası və ya buna bənzər bir şey yeyirdim – mənim 12 yaşım var idi.

Sadəcə bu qırmızı maşına baxıb düşünürdüm: “Görəsən bu qırmızı kabinədə oturmaq necə olardı?” Təəssüf ki, indi kabinəm ağ rəngdədir və bundan o qədər də məmnun deyiləm. Maykl kimi qırmızı rəngdə oturmaq istərdim. Nə vaxtsa onu yenidən qırmızıya dəyişdirəcəyəm?”, – Hemilton deyib.

Aut.az